Dünyanın ən populyar supermodellərindən biri Sindi Kroufordun 45 yaşı olsa da, onun vücudu gənc qızlara meydan oxuyacaq haldadır. Meksikanın Los-Kabos kurortunda ailəsi ilə birlikdə dincələn Krouford çimərliyə yollanaraq paparassiləri sevindirib. Əri Rendi Qerberlə birlikdə çimərliyə gələndən sonra Sindi bikinidə dolaşıb.
Sindi bu yaxınlarda bildirib ki, hələ 20 yaşı olanda plastik cərraha müraciət edərək burnunu korreksiya etdirmişdi.
İndi isə vücudunu formada saxlamaq üçün o, mütəmadi olaraq botoks inyeksiyalarına əl atır, dərisinin cavan qalması üçün müxtəlif prosedurlardan yararlanır.
“Amma yaxşı vücuda sahib olmaq üçün sərt pəhrizlər saxlamaq və ac qalmaq niyyətində deyiləm. Məsələn, əgər dondurma istəyirəmsə, azacıq yeyirəm”, – Sindi deyib.