Süpürgəçi 1,2 milyon avroluq brilyant oğurlayıb

MARAQLI
15:41 18.10.2013
1182

Belçikanın Antverpen şəhərində süpürgəçi almaz şirkətlərindən birinə məxsus çəkisi 32 karat, dəyəri isə 1,2 milyon avro olan brilyant oğurlayıb.

AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, insident hələ 2008-ci ilin fevral ayında baş verib. Qiymətli daşın tapılmasına ümid olmayıb. Belə ki, brilyantın sahibi onun itməsində özünü günahkar bilib. O hesab edib ki, qiymətli daş təsadüfən zibil qabına düşüb və daha sonra atılıb. Qiymətli daşın oğurlanması və onu Ammandi adlı süpürgəçinin götürməsi bu il məlum olub. Keçmiş süpürgəçi Fransanın Lill şəhərindəki mehmanxanada brilyantın satışı ilə bağlı potensial alıcı ilə danışan zaman saxlanılıb. Ammandi istintaqa daşı oğurlamaq niyyətində olmadığını bildirib. Süpürgəçinin sözlərinə görə, o müəssisədə təmizlik işləri aparan zaman brilyant, masanın üzərində olub, daha sonra təsadüfən tozsovurana düşüb. Və süpürgəçi brilyantı tapdığı zaman artıq onu qaytarmaq fikrində olmayıb.

 

OXŞAR XƏBƏRLƏR