Suraxanı rayonunda 3,9 kiloqram narkotik vasitə aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Suraxanı rayonu ərazisində həyata keçirilən növbəti tədbirlər zamanı 40 yaşlı E.Əliyev və 53 yaşlı Y.Tariverdiyev saxlanılıblar. Onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırmalar aparılır.