Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb

Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb
KRİMİNAL
11:18 17.10.2025
125
Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus "MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. 

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V.Cəbiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil sahibinə təhvil verilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR