Suriyadakı döyüşlərdə 143 nəfər həlak oldu

DÜNYA
09:25 24.01.2013
1166

Suriya yerli koordinasiya komitələrinin yaydığı məlumata görə, son bir gün ərzində gedən döyüşlərdə 143 nəfər həlak olub.AZXEBER.COM-un məlumatına görə, “əl-Cəzirə” kanalının məlumatına görə, hökumət qüvvələri Daraa şəhərini və paytaxt Dəməşqə yaxın digər əraziləri aramsız raket atəşinə tutublar.Nəticədə bir neçə yaşayış binası yerlə-yeksan olub, çox sayda mülki şəxs dağıntılar altında qalaraq ölüb.Digər tərəfdən, Suriya hökuməti xaricdə yaşayan müxalifətçiləri ölkəyə dəvət etmək məsələsini müzakirə edir. Hökumətdən bildiriblər ki, burada məqsəd münaqişəyə son qoymaq üçün müxalifətlə hərtərəfli dialoq aparmaqdır.Bu arada, Rusiya Suriyada olan vətəndaşlarının ölkədən çıxarılması üçün Livana 2 təyyarə göndərib. Livan sərhədini keçən 76 nəfər rus oradan vətənə qayıdıb.

OXŞAR XƏBƏRLƏR