Terrorla mübarizənin gərgin getdiyi Fərat Qalxanı bölgəsində türk əsgərləri tərəfindən aşkarlanan 4 PKK terrorçusu məhv edilib.
AZXEBER.COM xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) yeni əməliyyat elan edib.
Bu dəfə isə aktivliyin baş verdiyi bölgə Suriyadır. Bölgədə məskunlaşan terrorçular türk əsgərlərinin hədəfinə çevrilib.
Fərat Qalxanı bölgəsində 4 terrorçu məhv edilib
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada əməliyyatla bağlı deyilib:
"Heç bir yerdə terrora və terrorçulara keçid yoxdur! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarladıqları 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Gülay