Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə qar yağıb.
AZXEBER.COM xəbər verir ki, Şuşada müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və mümkün fəsadların qarşısının alınması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejiminə cəlb olunublar.
Şəhər ərazisində patrul xidmətləri artırılıb, avtomobil yollarında nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda aidiyyəti qurumların texnikası əraziyə cəlb olunaraq yolların qardan təmizlənməsi və buzlaşmanın qarşısının alınması istiqamətində tədbirlər görülür.