04:40 çərşənbə, 11 Dekabr 2019
MARAQLI

Söyüş insan üçün xeyirlidir - Ukraynanın səhiyyə naziri

22:29, 07.07.20194221
Söyüş insan üçün xeyirlidir - Ukraynanın səhiyyə naziri
Ukraynanın Səhiyyə naziri Ulyana Suprun hesab edir ki, müəyyən hallarda söyüşdən istifadə etmək söyən adamın sağlamlığına müsbət təsir göstərə bilər.

Nazir bu sözləri deputat Olha Bohomoletsin təklif etdiyi yeni qanun layihəsini şərh edərkən deyib.

Həmin qanun layhəsinin məqsədi ictimai xadimlərin media vasitələrində söyüşdən istifadə etmələrinin qarşısını almaqdır.

Təklif olunan qanun layihəsində televiziya vasitəsiylə və ya ictimaiyyət qarşısında çıxışlar zamanı söyüş işlədilməsinə görə 1275 Ukrayna hrivnası məbləğində ($49) cərimə nəzərdə tutulur.

Lakin doktor Suprun hesab edir ki, ekstremal vəziyyətlərdə "söyüşdən istifadə etmək insanların bir-birinə yaxın olduğundan və onların arasında yaxşı emosional əlaqələrin qurulmasından xəbər verir".

O, əlavə edib ki, insanlar ədəbsiz sözlərin işlədilməməsindən daha çox aqressiv hisslərə qapılmamaq barədə düşünməlidirlər.

Səhiyyə nazirinin Facebook səhifəsindəki postuna 21000-dən çox reaksiya bildirilib.

Ən populyar şərhəldərdən biri 2700-dən çox izləyici tərəfindən bəyənilib.

Həmin şərhdə deyilir ki, Olha Bohomolets görünür, Suprunun postunu oxuyandan sonra söyüş söyüb.
Qeyd olunan qanun layihəsinin yalnız ictimai fiqurları hədəfə almasına baxmayaraq sosial şəbəkələrdəki istifadəçilərin çoxu qəbul ediləcəyi halda həmin qanunun gündəlik həyatı necə dəyişəcəyinə dair zarafatlaşıblar.

Yevhen Halahan sual edib ki, söyüş işlətmədən "Ukraynadakı həyatı necə təsvir etmək olar"?

Bir çox digər istifadəçilər isə söyüş söymək üçün müəyyən yerlərin ayrılmasını təklif ediblər.

Jurnalist Yevhen Mucıri isə ofislərdə, restoranlarda və digər ictimai yerlərdə "söyüş otaqlarının qurulmasını" təklif edib.

Söyüş əleyhinə qanun layihəsi hazırda parlament komitəsində baxışdadır.
 
///Unikal.org
XƏBƏR LENTİ