Tacirin faciəvi şəkildə ölən qardaşının arvadı evdən qovuldu - 4 aydır ki ...

Tacirin faciəvi şəkildə ölən qardaşının arvadı evdən qovuldu - 4 aydır ki ...
MAQAZİN
14:38 24.12.2018
12007
Sən uşaqları tək qoydun, amma mən onları tək qoymayacam.

AZXEBER.COM Milli.Az-a istinadən xatırladır ki, bunu 3 il öncə qardaşı Mahir Allahverdiyevi faciəvi şəkildə itirdikdən sonra onun məzarı üstdə Tacir Şahmaloğlu demişdi.

Aparıcı Zaur Nəbioğlunun Tacirə ünvanladığı "Bu düzdürmü, 4 aydır qardaşın uşaqlarını görmürsən?" sualına müğənninin studiaya gətirilən anası cavab verib:

"Gəlin uşaqları məndən qaçırdıb. Mən ona heç nə etməmişəm. Mənim kimi qayınana heç harda yoxdur. Uşaqlar da ki, mənim can-ciyərlərimdir". 

Zaur uşaqların anası ilə telefon əlaqəsi yaratdıqlarını bildirib:

"Qadın söylədi ki, 4 aya yaxındır heç kim nə maddi, nə mənəvi bizim yanımızda deyil. Sadəcə, Tacir bəzi sözlər var, o deyilənlərə "gedir"". 

Proqramda təqdim edilən süjetdə "evdən qovuldu"ğu deyilən gəlinləri ilə bağlı söz-söhbətə Tacir belə aydınlıq gətirib:

"Hər bir ailədə mübahisə olur. Mən hər vaxt o uşaqların arxasında dayanacam. O, uşaqları göstərsə də, göstərməsə də. Mən bilirəm ki, o uşaqlar böyüyəndən sonra əmisinə ehtiyacları olacaq. İmkan olduqca biz 3 qardaş heç öz balalarımıza etmədiklərimizi onlara etmişik və edəcəyik də. Amma lənət şeytana ... Bu, çox belə çəkməz. O da bunu başa düşəcək. Mən onu da başa düşürəm. O insanın ailəsi dağılıb da. O durduğu yerdə uşaqlarının atasını, evinin başçısını itirdi" .

OXŞAR XƏBƏRLƏR