Tağı Əhmədov müxalifətlə YAP-ı müqayisə etdi

Tağı Əhmədov müxalifətlə YAP-ı müqayisə etdi
MARAQLI
18:32 03.11.2011
1799
"Heydər Əliyevin Moskvadan sağ-salamat Azərbaycana qayıdışı bizə Allahın verdiyi bir lütf idi”
Bakı Metropoliteininin rəisi Tağı Əhmədov 8 noyabr metro işçilərinin peşə bayramı münasibəti ilə yap.org.az saytına müsahibə verib. AZXEBER.COM  xəbər verir ki, müsahibəsində T. Əhmədov Azərbaycanda metronun tarixi, inkişaf və həmçinin yaxın gələcəkdə həyata keçiriləcək işlər barədə danışıb. O, Bakı metrosunun Heydər Əliyevin hakimiyyəti dövründə sürətlə inkişaf etdiyini bildirib: “Bakı Metropoliteninin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Yeri gəlmişkən, mən bəzi məqamları yada salmaq istəyirəm. Metropolitenin hazırda fəaliyyət göstərən 23 stansiyasının 14-ü məhz Ulu öndərimizin rəhbərliyi altında istifadəyə verilib. Ulu öndən Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra, 1970-ci ildə «Ulduz» stansiyası açıldı. 1972-cü ildə isə metronun üç stansiyası – «Məşədi Əzizbəyov», «Qara Qarayev» və «Neftçilər» stansiyaları istifadəyə verilib. 1976-cı ilin əvvəlində isə «Nizami», 1986-cı ildə «Emlər Akadenmiyası», «İnşaatçılar», «20 Yanvar» və «Memar Əcəmi», 1989-cu ildə «Əhmədli», «Xalqlar dostluğu» stansiyaları istifadəyə verildi.Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışının ardından metronun «Cəfər Cabbarlı», 2002-ci ildə isə «Həzi Aslanov» stansiyası açıldı. Nəzərinizə çatdırım ki, «Həzi Aslanov» stansiyasının tikintisi hələ Ulu öndər tərəfindən sovet dövründə başlanılmışdı. Amma O, Moskvaya getdikdən sonra stansiyanın tikintisi yarımçıq qalmışdı. Bildiyiniz kimi, 1993-cü ilə qədər ölkəmizdə hərc-mərclik idi. İndiki müxalifətdə olanlar o zaman iqtidarda idi və Azərbaycanda xaos hökm sürürdü, dövlət idarə olunmurdu. Onların hakimiyyəti dövründə heç bir inkişaf, quruculuq işlərindən söhbət gedə bilməzdi. Lakin beynəlxalq maliyyə təşkilatları məhz Heydər Əliyev şəxsiyyətinə və Onun nüfuzuna görə «Həzi Aslanov» stansiyasının tikilməsi üçün 4 milyon avro ayırdı və təmənnasız 2002-ci ildə bu stansiya istifadəyə verildi.Mən 1998-ci ildə Ulu öndərin qəbulunda olanda O, Moskvada işlədiyi dövrdə Bakı Metropoliteninin inkişafı üçün gördüyü işlərdən danışdı. O zaman metropoliten rəhbərliyi tikinti materiallarının çatışmaması barədə Moskvaya şikayət edibmiş. Belə olan halda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev lazımi tikinti materiallarının Bakıya göndərilməsi ilə bağlı tapşırıqlar verib. Mənim yadımdadır ki, həmin dövrdə metro tikintisi üçün lazım olan tikinti materialları Azərbaycana göndərilmişdi və hətta axırda Bakıdan Moskvaya zəng edilərək xahiş olunmuşdu ki, tikinti materiallarını yığmağa yer olmadığı üçün daha göndərilməsin. Bəli, Ulu öndər Heydər Əliyevin o vaxt gördüyü işlərin nəticəsi idi ki, biz, «Memar Əcəmi» stansiyasının davamı olaraq «Nəsimi»ni, «Nəsimi»nin davamı olaraq «Azadlıq prospekti»ni, onun davamı kimi isə depoya qədər gedən yolu tikib başa çatdırmışıq.Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Bakı Metropoliteninin inkişafı üçün gördüyü işlər danılmazdır. Bir faktı da xatırladım: 2002-ci ildə 75 vaqonun alınması üçün müqavilə bağlandı. Bu vaqonlar Bakı Metropoliteni üçün 325 min dollara verildi. Amma başqa MDB ölkələri üçün belə bir müqavilənin maliyyə tutumu 598 min dollar həcmində idi. Bakıya belə bir güzəştin edilməsi məhz Heydər Əliyev şəxsiyyətinin nüfuzu sayəsində baş verdi. Bu isə Heydər Əliyevin vaxtilə Moskvada işləyəndə həmin vaqon istehsal edən zavodun genişlənməsinə, istehsal gücünün artmasına göstərdiyi köməyin bəhrəsi idi.Mən bir məqamı da qeyd edim ki, Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə təkcə metropoliten yox, bütün sahələr inkişaf edib. Söz 20 illik müstəqillik tariximizdən düşübsə, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, yaratdı. Qeyd edim ki, o vaxtlar Siyasi Bürodan uzaqlaşan adamlar ciddi təzyiqlər altında olurdular. Ancaq Heydər Əliyev heç nədən çəkinmədən öz sözünü deyirdi və 1990-cı il 20 yanvar hadisəsi haqqında verilən bəyanat buna sübutdur. Ulu öndər Heydər Əliyevin Moskvadan sağ-salamat Azərbaycana qayıdışı bizə Allahın verdiyi bir lütf idi. Amma bu şansdan necə istifadə olundu? O zaman iqtidarda olanlar Heydər Əliyevə təzyiqlər göstərirdi. Bu səbəbdən də O Naxçıvana getdi. Heydər Əliyev böyük vəzifələrdə işlədiyi dövrlərdə özünə bir ev də almamışdı, O Bakıda qardaşının evində qalırdı. Naxçıvana getdikdən sonra isə Ulu öndərimiz bacısının evində yaşadı. Əlbəttə ki, Naxçıvan əhalisi böyük məhəbbətlə Heydər Əliyevi qarşıladı və Onu dəstəklədi. Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyev Muxtar Respublika üçün misilsiz xidmətlər göstərdi. Xalqla Heydər Əliyevin birliyi Naxçıvanı bir çox problemlərdən xilas etdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"