Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri”nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AZXEBER.COM-un məlumatına görə hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Taleh Bağırov 20 il azadlıqdan məhrum edilib.