Tanınmış aviaşirkət İrana və Livana uçuşlarını daha bir müddət dayandırdı

DÜNYA
13:50 23.10.2024
118
Almaniyanın "Lufthansa" aviaşirkəti İran və Livana uçuşların təxirə salınmasının müddətini uzadıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət əməliyyat səbəblərindən önümüzdəki aylarda Tehran və Beyruta uçuşları həyata keçirməyəcək.

Açıqlamaya görə, Livanın paytaxtı Beyrutla əlaqə 28 fevral 2025-ci il tarixinədək, Tehrana uçuşlar isə 31 yanvar 2025-ci ilə qədər dayandırılıb.

Bu həftənin əvvəlində "Lufthansa" Təl-Əvivə uçuşlarının dayandırılmasını noyabrın 10-na qədər uzatdığını açıqlamışdı.

Sözügedən aviaşirkətə Eurowings, Swiss, Austrian Airlines və Brussels Airlines kimi hava yolları daxildir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR