Nəsirov bu gün dəfn olunacaq.
Aktyor Ruslan Nəsirov dünyasını dəyişib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, aktyor uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş. AzTV-nin dublyaj redaksiyasından bildiriblər ki, R.Nəsirov bu gün dəfn olunacaq.
Qeyd edək ki, R. Nəsirov 1974-cü ildə anadan olub. O, “Qəm pəncərəsi” filmində Əhməd, “Tənha narın nağılı” filmində Sadıq, “Ağ atlı oğlan”da Cəfər və başqa rollarda oynayıb.