Tanınmış azərbaycanlı müğənni 'Sevdiyimə nifrət edirəm' dedi - VİDEO
MAQAZİN
13:55 06.12.2012
2702
“Eurovision-2011”in qaliblərindən olan Nigar Camal növbəti klipini təqdim edib.AZXEBER.COM xəbər verir ki, müğənninin “Sevdiyimə nifrət edirəm” adlı mahnısına klipi Aleksey Lamax çəkib.Layihənin rəhbəri Olqa Danyukovadır. Məhz adları sadalanan peşəkarlarla Nigar Camal “Crush on you” və “Can’t let you go” mahnılarını ərsəyə gətirib.“Sevdiyimə nifrət edirəm” mahnısının müəllifləri İsa Məlikov və onun həyat yoldaşı Paulina Volodkovskaya-Məlikovadır.Klipin çəkilişləri Suraxanıda aparılıb.“Sevdiyimə nifrət edirəm” artıq YouTube kanalında rotasiyaya buraxıb.