Tanınmış ekstrasens əməliyyat olundu – FOTOLAR

MAQAZİN
15:52 03.11.2014
1561

Tanınmış azərbaycanlı ekstrasens əməliyyat olunub. Movqe.az-ın məlumatına görə, ekstrasens qasığ yırtığından əməliyyat olunub.

Özəl xəstəxanaların birinin cərrahiyə şöbəsində əməliyyat olunan Aqil Məhərrəmov əməliyyatının uğurlu keçdiyini söyləyib: " Anidən ciddi ağrılarım oldu. Həkimin məsləhəti ilə əməliyyat olunmaq qərarına gəldim. Əməliyyatım çox yaxşı keçdi. Hətta narkozdan təzə ayılanda da həkimlərə gələcək barədə nələrsə demişəm. Hal-hazırda yaxşıyam. Həkimlərə, mənimlə xüsusi və çox diqqətcil davrandıqları üçün minnətdarlığımı bildirirəm. Allaha şükür ki, çətin günümdə dostlarım məni yalnız qoymadılar. Hər şeydən önəmli sağlamlıqdır".

OXŞAR XƏBƏRLƏR