Tanınmış futbolçu 9 yaşlı uşağın qolunu belə sındırdı - VİDEO
İDMAN
23:42 23.03.2012
3029
“Mançester Yunayted”in əsas bombardiri Ueyn Runi təsadüfən qolunu sındırdığı 9 yaşlı məktəblidən üzr istəyib. ANS PRESS-in “The Independent” nəşrinə istinadən yaydığı məlumata görə, bu haqda futbolçu “Twitter” səhifəsində yazıb.Qeyd edək ki, insident məşq zamanı baş verib. Runinin qapıya qeyri-dəqiq zərbəsindən sonra top azarkeşlərə tərəf istiqamət alıb. Futbolçunun top zərbəsinə tuş gələn məktəbli isə özünü qorumaq istəyərkən əlini qaldırıb və nəticədə zədə alıb.Runinin sözlərinə görə, o, məktəbliyə üzrxahlıq məktubu və öz imzası olan köhnək göndərib. Stadiona ilk səfəri sınıqla bitən 9 yaşlı uşaq isə özünü normal hiss etdiyini və bundan sonra futbol matçlarını canlı izləyəcəyini deyib.