Tanınmış həkimin evindən 18 minlik oğurluq - FOTO

Tanınmış həkimin evindən 18 minlik oğurluq - FOTO
SOSİAL
10:10 09.07.2022
964
Mərkəzi Klinik Gəncə Xəstəxanasının Reanimatoloq-Nefroloq, Reanimasiya, İntensiv Terapiya və Ekstrokorporal şöbəsinin müdiri, tanınmış həkim Səbinə Qasımovanın evindən oğurluq edən şəxslərə hökm oxunub.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, cinayət işinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, 2017-ci ildə Gəncəyə köçən və orada kirayə yaşayan Səbinə Qasımovanın evindən ümumi dəyəri 18 150 manat olan qızıl-zinət əşyası, o cümlədən qiymətli əşyalar oğurlanıb.

Təqsirləndirilən şəxs qismində hakim qarşısına əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini İsmayıl Bağırov və Bakı sakini Zaur Cəfərov çıxarılıb. Onlar keçmişdə məhkum yoldaşı olublar.
 
2021-ci ilin mayında qeydə alınan oğurluq hadisəsinə gəlincə, Zaur Cəfərov İsmayılla telefon danışığı zamanı anasının xəstə olduğunu deyərək təcili xeyli miqdarda pula ehtiyacı olduğunu bildirib. Bunun üçün o, imkanlı şəxsin evindən oğurluq etməyə ehtiyac yarandığını söyləyib. İsmayıl Bağırov isə Zaura "kömək əlini” uzadaraq imkanlı şəxsi - Səbinə Qasımovanı işarə verib.

Zaur isə öz növbəsində İsmayıla həkim barədə məlumatları, yəni işə nə vaxt getdiyini, nə vaxt gəldiyini, kimlərlə birlikdə yaşadığını öyrənməsini bildirib, bundan sonra oğurluq planı üzrə hərəkət ediblər. Nəticədə evdən xeyrli miqdarda müxtəlif qızıl-zinət əşyaları və bahalı qol saatları oğurlanıb.

Cinayət hadisəsinin üstü isə oğurluqdan 10-12 sonra açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zaur Cəfərov 4 il, oğurluq zamanı binanın qarşısında gözləyən, ətrafa nəzarət edən İsmayıl Bağırov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Səbinə Qasımova ötən ilin yanvarında "Toyota RAV 4” markalı şəxsi avtomobili ilə Gəncə-Bakı istiqamətində hərəkət edərkən, Ələt karantin postunda DYP əməkdaşının qanuni tələbinə tabesizlik göstərməsi ilə gündəmə gəlmişdi.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib