Tanınmış jurnalistə Türkiyə Güləş Federasiyasında vəzifə verildi

Tanınmış jurnalistə Türkiyə Güləş Federasiyasında vəzifə verildi
SOSİAL
23:48 27.02.2026
343
Tanınmış jurnalist və media rəhbəri Ali Kan Türkiyə Güləş Federasiyası (TGF) tərəfindən yeni vəzifəyə təyin edilib.

AZXEBER.COM xəbər verir ki, Federasiyanın qərarına əsasən, Ali Kan Plaj Grappling & MMA Kurulu üzvü olaraq fəaliyyət göstərəcək.

Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül tərəfindən təqdim edilən sənəddə, güləşin daha güclü gələcəyə daşınması üçün göstəriləcək səylərin və töhfələrin önəmi vurğulanıb.

Bu təyinat, həm idman diplomatiyasının gücləndirilməsi, həm də güləş və döyüş idman növlərinin beynəlxalq səviyyədə inkişafına dəstək baxımından mühüm addım kimi qiymətləndirilir.

Uzun illər Türkiyə və Azərbaycan arasında media, ictimai və idman əlaqələrinin inkişafına töhfə verən Ali Kanın yeni vəzifəsində də mühüm layihələrə imza atacağı gözlənilir.

Bu qərar, güləş idmanının gələcək nəsillərə daha güclü şəkildə ötürülməsi istiqamətində atılan strateji addımlardan biri kimi dəyərləndirilir.

 


OXŞAR XƏBƏRLƏR