Rusiyanın tanınmış modeli Culietta Almazova ağlasığmaz addım atıb.
AZXEBER.COM-un məlumatına görə, 24 yaşlı model bank soyub.
O bunu həyatına rəng qatmaq üçün etdiyini bildirib.
Başına corab keçirərək banka silahlı basqın edən Almazova oradan 33 min dollar oğurlayıb. Gənc xanım bankdan çıxmadan başını açdığı üçün təhlükəsizlik kameralarının yaddaşına düşüb və tutulub.