Tanınmış müğənninin anası Zəngilanla bağlı şeir yazdı

Tanınmış müğənninin anası Zəngilanla bağlı şeir yazdı
MƏDƏNİYYƏT
16:25 30.10.2014
20326
Tanınmış azərbaycanlı müğənni Elyanə Əhmədovanın anası Gövhər Hüseynova Zəngilanın işğalı günü rayonla bağlı şeir yazıb. 
Şeiri AZXEBER.COM-a müğənninin özü təqdim edib. Həmin şeiri təqdim edirik:Beş il əyilmədi qamətin senin
Çinardan ucaydı başın, Zəngilan
Də hansı nankorlar əydilər seni
Nə yaman düşmüsən dara, Zəngilan
Bəş gündür ağlayır hər vətəndaşın
Şəhiddir o tayda bacım,qardaşım
Nə qədər əzizdir yanan yurd daşın
Başını uca tut yenə, Zəngilan
Qohumsuz, qardaşsız dözərmiş insan
Vətənsiz yaşamaq çətindir inan
Harada yaşayıb gəzsək firavan
Sənin torpağında öləm, Zəngilan
Qədrini mən səndən aralı bildim
Qəlbini yenə də yaralı bildim
Nə qədər şəhidin,yaralın bildin?!
Yaran sağalarmı görən, Zəngilan
Başın dumanlıydı sənin son günlər
Üstünə hər yerdən hücum etdilər
Çox doyüşkən olub bizim igidlər
Nə qədər şəhidlər verdin, Zəngilan
Bizim Əlibabaydı o igid oğlan
Erməni tankıyla üz-üzə duran
Tankın ikisini şexsən yandıran
O da bir şəhidin oldu, Zengilan
Səndən ayrılalı qanadsız quşam
Sənin bu halına oldum pərişan
Daha çətin olar səndə toy, nişan
Sağalmaz yaram oldun, Zəngilan..
Torpağı müqəddəs, ey Zəngilanım
Sənə qurban olsun qoy canım menim
Mənə əziz olan Böyük Ağalım
Səni unuduarmı üreyim menim..
OXŞAR XƏBƏRLƏR