Tanınmış müğənninin qızının ad günündə kimlər iştirak etdi? - FOTOLAR

MAQAZİN
16:48 04.12.2013
7298

Dekabrın3-də müğənni Bahar Lətifqızı paytaxt restoranlarının birində qızı Sevginin doğum gününü qeyd edib.

AZXEBER.COM xəbər verir ki, müğənni qızının xoş gününə bir çox şou nümayəndələrini dəvət etmişdi. Gecədə xalq artistlərindən Nazpəri Dostəliyeva, Mələykə Əsədova, müğənnilərdən Mətanət Əsədova, Mənzurə Musayeva, Nadir Qafarzadə, Samir Piriyev, Xatun, Manaf Ağayev, Xatirə İslam, Elnarə Abdullayeva, Sahib İbrahimov, Rüfət Axundov, Valeh İsrafilov, Ramal İsrafilov, rəqassə Fatimə, teleaparıcı Zaur Kamal və digər məşhurlar görmək olardı.

Xatırladaq ki, maraqlı məqamlarla yadda qalan ad günündə şou əhli Baharın qızı Sevgiyə aldıqları hədiyyələri təqdim edib. Ən yadda qalan hədiyyə isə Mətanət Əsədovanın verdiyi zinət əşyası olub.

OXŞAR XƏBƏRLƏR