Tanınmış şair və rəssam vəfat etdi

MƏDƏNİYYƏT
11:45 25.12.2015
2513
Tanınmış şair Məmməd Dəmirçioğlu vəfat edib.
AZXEBER.COM,xəbər verir ki, bu barədə axar.az-a şairin yaxın dostu Mehman Əhməd məlumat verib. Onun sözlərinə görə, Məmməd Dəmirçioğlu bu gün səhər saatlarında dünyasını dəyişib:
"Məmməd Dəmirçioğlu bir az əvvəl ürək tutmasından vəfat edib. Onun ölüm xəbərini mənə kürəkəni Babək dedi".
Qeyd edək ki, Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun İncə Dərəsində - Qaymaqlı kəndində dünyaya gəlib. O, "Dəmirçioğlunu dindir", "Eşqəm", "Səhra gülləri", "Söz-söz açılan göy üzü" kimi kitabların müəllifidir.

OXŞAR XƏBƏRLƏR