Tanınmış sənət adamı ATV-nin aparıcısına: ‘Elə kövrəltdin ki…’ - VİDEO

MƏDƏNİYYƏT
17:40 16.12.2015
3926

Tanınmış teatrşünas Rafiq Rəhimli ATV televiziyasının aparıcısı Lalə Azərtaşa müraciət ünvanlayıb. Teatrşünast aparıcının “Günəşli” yanğınında həlak olan neftçilərin xəbərini təqdim edərkən ağlamasını ürək ağrısı ilə seyr etdiyini deyib.

AZXEBER.COM həmin müraciəti təqdim edir:

“Lalə qızım, çiçək adlım, gözəl səslim!

Sənin gülər çöhrən həmişə evlərimizin qonağı olanda fərəh duymuşuq. Amma bu dəfə qonağımızın sovqatı yaman oldu, ağır oldu. Səbəbkar sən deyildin. Bu, bir Qismətdir ki, ömrümüzün payına düşmüşdü.

Pay Verənin hər payına şükürdən başqa deməyə sözümüz yox! Sən nə edə bilərdin ki, mənim balam? Gücün duyğularına yetdi. Kövrək qəlbinin mərhəm duyğuları çulğadı səni də, bizi də.

Qəlbinin mərhəm duyğuları səpələndi bütün səni seyr edənlərə. Elə kövrəltdin ki, elə bil, əzizimiz öldü. Elə bil, dünya çevrildi.

Amma diləyimiz, istəyimiz var:

-Vətən dediyimiz Azərbaycanın başına səsinlə qələbə müjdəsi səpələnsin!

Səsinlə xoşməramlıların xoş sovqatları səpələnsin xalqımızın üstünə!

Səsinlə könül rahatlığı tapaq. Müjdələr carçısı ol, qızım!

Allah səni qorusun!

Allah sevdiklərini qorusun!

Amin!

Hörmətlə, mənəvi atan Rafiq Rəhimli.

OXŞAR XƏBƏRLƏR