Tarkanın Bakı konsertində qızlar şou göstərəcək - FOTOLAR

MARAQLI
12:05 16.11.2011
2495

Meqastar Tarkanın Yeni il gecəsi Bakıdakı konsertinin təşkilatçıları mətbuat konfransı keçiriblər. Anspress-in məlumatına görə, tədbirin keçirilməsində məqsəd meqastarın Yeni il gecəsi Azərbaycana gəlməyəcəyi ilə bağlı yayılan xəbərləri təkzib etmək olub. Tarkanın 90 dəqiqəlik konsert proqramı ilə çıxış edəcəyi gecənin təşkilatçısı olan şirkətin nümayəndəsiAydan Axundovameqastarın Bakıda çıxışının 100% baş tutacağını deyib: “Türkiyə mətbuatı Tarkanın Yeni il gecəsi Antalyada səhnəyə çıxacağını yazır. Bir tərəfdən də ötən il də Tarkanın Yeni il gecəsi Bakıda konserti gözlənilsə də bu, baş tutmamışdı. Bütün bunlar bizim təşkil edəcəyimiz konsertin şübhə altına salınmasına səbəb olur". O bildirdi ki, Yeni il gecəsində Tarkan Bakıda çıxış edəcək. "Tarkanla bərabər, həmin gecə səhnəyə rəqqasəsi Byanka və Tarkanın dj-i Ozan Çolakoğlu, Rusiyanın “Blestyaşie” və “Trapes” şou-rəqs qrupu da çıxacaq", - A.Axundova dedi. A.Axundova Tarkanın qonorarı ilə bağlı məsələlərə də aydınlıq gətirib. Türkiyə mətbuatında Tarkanın Bakıya 1 milyon dollara gələcəyi barədə yazılanların yanlış olduğunu söyləyib: “Biznes sirri olduğundan dəqiq məbləği açıqlaya bilməyəcəyəm. Amma Tarkan 1 milyon dollardan çox-çox aşağı məbləğdə qonorar alacaq”. Gecənin aparıcısı məşhur teleaparıcı və şoumen İlkin Həsəni olacaq. O bu gecənin qeyri-adi şoularla zəngin olacağını deyib: "Hələ Azərbaycanda belə bir şou olmayıb. Bildiyimiz lazer şoularla yanaşı, bizim bilmədiyimiz, görmədiyimiz daha bir qeyri-adi şou olacaq". İlkin Həsəni gecə barədə danışarkən daha bir fərqlilikdən söz açıb. Yeni il gecəsini Tarkanla birlikdə qeyd edən bakılılara göydən kəndirlə ayaqlarından başıaşağı sallanmış qızlar xidmət göstərəcəklər. Onlar göydən şərab tökəcəklər.

OXŞAR XƏBƏRLƏR