Tayvanda hərbi bazada partlayış - yaralananlar var

Tayvanda hərbi bazada partlayış - yaralananlar var
DÜNYA
19:59 24.07.2023
226
Tayvanın şimal-şərqində hərbi bazada baş verən partlayış nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, insident yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 11:00-da - red.) Cilonq şəhəri yaxınlığındakı Syanfenq hərbi bazasında baş verib.
Hərbi bazanın arsenalında döyüş sursatı yoxlanılarkən 120 millimetrlik minaatan mərmisi partlayıb. Partlayışın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.
OXŞAR XƏBƏRLƏR