Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.
AZXEBER.COM AZƏRTAC-a istinadən məlumatına görə, prezidentlər görüşdə çıxış ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.
Daha sonra isə dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər








