‘Tehrandan Tel-Əvivə raketin çatması üçün 7 dəqiqə vaxt lazımdır’

‘Tehrandan Tel-Əvivə raketin çatması üçün 7 dəqiqə vaxt lazımdır’
DÜNYA
08:12 07.05.2012
2108

“İranla “altılıq” arasında keçirilən müzakirələrdə bütün tərəflərin qəbul edəcəyi həll yolu tapmağa çalışırıq”.APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton bildirib. Onun sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının üzvlərini İrana qarşı sərt sanksiyalar tətbiq olunması məsələsində razı salıblar: “Daha sonra ABŞ Avropa Birliyi ilə birlikdə İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirib. Hətta İran neftinə tətbiq olunmuş sanksiya nəticəsində bu ölkə neftini sata bilmir və milli valyutası dəyərini itirir”. H. Klinton əlavə edib ki, ABŞ diplomatik həll yolunun tərəfdarıdır və hazırda tərəflər arasında müzakirələrin necə nəticələnəcəyini söyləmək tezdir. Lakin elə bu gün “Russia Today" telekanalı “The Washington Post” qəzetinə istinadən “ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir aydan da qısa müddət ərzində İranın hərbi gücünü məhv etmək imkanına malik olduğunu açıqlayıb” məzmununda xəbər yayıb. Xəbərdə bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı bu ölkənin hava və dəniz qüvvələri ilə birlikdə üç həftə ərzində İranın hərbi gücünü çökdürə biləcəyini deyib. Məlumatda ABŞ-ın məhz bu səbəbdən Fars körfəzinə 2 təyyarə daşıyan gəmi göndərdiyi və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də radara yaxalanmayan “F-22” qırıcı təyyarələrini yerləşdirdiyi qeyd olunub: “Hazırda ABŞ-ın İran ətrafında 125 mindən çox əsgəri var, bunlardan da 90 mini Əfqanıstandadır. Ancaq ABŞ İrana qarşı hərbi müdaxilənin ən son variant olduğunu bəyan edir və hələ də əsasən sanksiyaların sərtləşdirilməsinə çalışır”. İsrail Silahlı Qüvvələri Kəşfiyyatının sabiq rəhbəri Amos Yadlın isə “Haaretz” qəzetinə müsahibəsində İranın kompleks bir strategiya ilə nüvə proqramını davam etdirməkdə olduğunu deyib. Onun sözlərinə görə, nüvə silahına malik İran bu ölkəyə hərbi müdaxilə etməkdən daha təhlükəlidir: “İran kompleks bir strategiya ilə nüvə silahı istehsal etməkdədir. Təəssüf ki, bu strategiya hələ də davam edir”. A. Yadlın deyib ki, İrana hərbi müdaxilə təşkil edilməzdən əvvəl bütün variantların istifadə olunmasının tərəfdarıdır. O, həmçinin Tehrandan Tel-Əvivə raketin çatması üçün yalnız 7 dəqiqə vaxt lazım olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama