Tələbə qızı zorlayan şəxs özünü asdı

Tələbə qızı zorlayan şəxs özünü asdı
10:35 11.03.2013
1955

Hindli tələbəni zorlamaqda ittiham olunan avtobus sürücüsü Ram Sinqh Tixar həbsxanasında özünü asıb.

AZXEBER.COM-un Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin məlumatında bildirilir.Sinqhin bu gün səhər saatlarında özünə qəsd etdiyi qeyd olunur. Həbsxana mühafizəçiləri onu xilas etməyə cəhd göstərsələr də, bu, nəticəsiz olub.Tələbə Coti Sinqh dekabrın 16-da özəl avtobusda vəhşicəsinə döyülərək zorlamaya məruz qalıb. Sinqh dekabrın 29-da vəfat edib.

OXŞAR XƏBƏRLƏR