"Bizim təqdim etdiyimiz təkliflərdə inkişaf etmiş ölkələrdə olduğu kimi tələbələrə və təqaüdçülərə güzəştlərin tətbiqi nəzərdə tutulub”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib.
Deputat bildirib ki, güzəştlərin faizi müxtəlif ola bilər:
"Bəzi ölkələrdə təqaüdçülərə daha çox, tələbələrə isə daha az güzəşt tətbiq olunur. Digərlərində isə hər iki kateqoriyaya eyni səviyyədə güzəşt verilir. Buna görə də Azərbaycanda da güzəştlər müəyyən edilərkən maliyyə yükü ayrıca qiymətləndirilməlidir. Konkret faizlər isə yalnız bu qiymətləndirmədən sonra müəyyən edilə bilər”.
Vüqar Bayramov əlavə edib ki, ictimai nəqliyyatda müddətli gediş kartlarının tətbiqi də vacibdir:
"Gündəlik, həftəlik və aylıq kartların tətbiqi məqsədəuyğun olar. Bu, bir tərəfdən vətəndaşların daha ucuz qiymətə ictimai nəqliyyatdan istifadəsinə şərait yaradacaq, digər tərəfdən isə ictimai nəqliyyat şirkətləri üçün əlavə vəsait təmin edəcək”.
Şahanə Ziyad