02:09 Cümə Axşamı, 12 Dekabr 2019
MARAQLI

Telefon naqilsiz də şarj yığacaq

20:32, 30.06.20195651
Telefon naqilsiz də şarj yığacaq

Tokio Universitetinin alimlər qrupu smartfonları və digər qurğuları naqilsiz doldurma texnologiyaları üzərində çalışırlar.

Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bunun üçün 3x3 metr ölçüdə otaq ayıran alimlər onun döşəməsinə və divarlarına maqnit sahəsi yaradan xüsusi panellər yerləşdiriblər. Bundan əlavə, onlar smartfonun arxa hissəsinə maqnit dalğalarını elektrik enerjisinə çevirən kiçik çarx birləşdiriblər.

 

Bu təcrübədən sonra alimlər smartfonu naqilsiz doldurmağın və işığı birbaşa əlaqə yaratmadan yandırmağın mümkün olduğunu bildiriblər. 

 

qafqazinfo

XƏBƏR LENTİ