Telefonun addan-ada keçirilməsinin elektron qaydası açıqlanıb

İQTİSADİYYAT
18:10 23.12.2013
1579
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “www.e-gov.az” Elektron Xidmətlər Portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi “Telefonun addan-ada keçirilməsi” xidməti vasitəsilə vətəndaş FİN kodu əsasında öz adına olan telefon nömrəsini bir addan digərinə keçirə bilər.
AZXEBER.COM Məlumat Hesablama Mərkəzinə istinadən xəbər verir ki, xidmətdən istifadə üçün ilk növbədə portala daxil olaraq RİTN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Telefonun addan-ada keçirilməsi” xidmətinin adını seçmək tələb olunur.
Açılan formanın içində istifadəçi öz adında olan şəhərdaxili telefon nömrəsini yazdıqdan sonra “səbəb” sətrində ona təqdim olunan üç səbəbdən birini seçməlidir.
Bundan sonra hər bir səbəb üçün əks olunan siyahıda göstərilən sənədin əslini, məsələn: “ölüm haqqında şəhadətnamə” (rəhmətə gedən olduqda); “nikah haqqında şəhadətnamə” və s. skan edib, elektron təsvirini əlavə etmək lazımdır.
Lazımi ödənişi apardıqdan sonra şəhərdaxili telefon nömrəsi bir addan başqa ada avtomatik olaraq keçirilir.
Hətta bu haqda olan qəbz PDF formatında istifadəçi tərəfindən çap oluna bilər.

OXŞAR XƏBƏRLƏR