"Telegram" messenceri nasazlıqdan sonra fəaliyyətini bərpa edib.
Bu barədə "Downdetector" məlumat yayıb.
Məlumata görə, platforma istifadəçiləri tərəfindən əlavə şikayət daxil olmayıb.
Bildirilib ki, problemlər şitkərin serverlerindəki yeniləmələrlə bağlı olub.
***
"Telegram"ın işində problem yaranıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.
Həm mobil proqramın, həm də veb versiyasının işində fasilələr var.
İstifadəçilər məlumatların göndərilməsi və faylların yüklənməsində problemlə üzləşiblər.