Telli ilə Zülfiyyə BARIŞDI

Telli ilə Zülfiyyə BARIŞDI
MAQAZİN
13:17 20.11.2025
132
Aşıq Zülfiyyə və aşıq Telli arasında yaşanan küsülülük sona açatıb.
 
AZXEBER.COM xəbər verir ki, iki yaxın rəfiqə olan sənətçilər barışıblar.
 
"Rəngarəng" verilişində qonaq olan Telli, canlı yayıma zəng edən aşıq Zülfiyyəni nəvəsi olması münasibətilə təbrik edib:
 
"Nəvəni təbrik edirəm, böyük oğlan olsun".
 
Aşıq Zülfiyyə isə Zaur Nəbioğlunun verilişdən sonra Telli ilə biraraya gələrək söhbət etmək təklifini qəbul edib.
 
Xatırladaq ki, rəfiqələr arasında küsülülük Aşıq Zülfiyyənin "Mən Aşıq Telli Borçalıya öz sazımı etibar etmərəm, çünki o, öz sazını dəfələrlə restoranda unudub gedib” sözlərinə görə yaşanmışdı. 
 
Telli Borçalı isə ona cavab olaraq "Mən nəinki sazımı, heç kibrit çöpümü belə aşıq Zülfiyyəyə etibar etmərəm. Bəzi insanlar var ki, üz-üzə gələndə susurlar, arxasıyca isə danışırlar. Mən belə şeyləri əsla qəbul etmirəm və sevmirəm. Məni tanıyanlar da xasiyyətimə bələddirlər. Kimsə mənə nəsə deyəndə də elə olub ki, o insanın cavabını bütün toplumun içində verirəm və dediyi sözü özünə qaytarıram”  ifadələrini işlətmişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR