Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.