06:20 Bazar Günü, 21 Oktyabr 2018
MARAQLI

Temperatur daha 2 dərəcə artsa, dünya üçün təhlükə yaranacaq

21:58, 07.08.20184796
Temperatur daha 2 dərəcə artsa, dünya üçün təhlükə yaranacaq
Beynəlxalq araşdırma qrupunun araşdırmasına görə, qlobal istilik daha 2 dərəcə də artsa, bir çox təbiət hadisələrinin balansı pozula bilər.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, növbəti 10-20 il ərzində baş verə bilər.

Dünyada meşələr və okeanlar normalda temperaturu artıran 4,5 milyard ton karbon kütlələrini udur. Lakin, hazırda meşəliklərin sürətlə yox olması səbəbindən karbon miqdarı da çoxalır.

Qeyd edək ki, qlobal istiləşmənin qarşısını almaq üçün ölkələr arasında çalışmalar aparılsa da, hələlik bu, mümkün olmur. Hazırda hər il 0,17 dərəcə artım müşahidə edilir.
XƏBƏR LENTİ