Ötən il Azərbaycan iqtisadiyyatı 5,8 % artıb

İQTİSADİYYAT
09:30 23.01.2014
1302
2013-cü ildə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb.
AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əlavə dəyərin 46,3 faizi sənaye sahələrində, 11,8 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 8,9 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi rabitədə, 14,7 faizi digər sahələrdə istehsal olunub.
Əhalinin hər nəfərinə 6207,3 manatlıq (7912,5 ABŞ dolları) əlavə dəyər istehsal olunub.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 10,0 faiz, neft sektorunda isə 1,0 faiz artıb.

OXŞAR XƏBƏRLƏR