Təranə Qumral: "Şəbnəm yaxşı qızdır amma xarakterinə görə heç kəsə yapışmır"

Təranə Qumral: "Şəbnəm yaxşı qızdır amma xarakterinə görə heç kəsə yapışmır"
MAQAZİN
15:10 31.10.2025
130
"Şəbnəm əndazədən çıxan geyimləri çox geyinib. O, yaxşı qızdır, amma qorxaqdır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Təranə Qumral müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib.
 
"Tarixin bir günü"ndə qonaq olan sənətçi, Şəbnəmi qorxaq adlandırıb:
 
"Şəbnəm əndazədən çıxan geyimləri çox geyinib. Dar şalvarlar, bədənə yapışan geyimlər, donlar.. Kim deyir ki, o, qapalı geyinir? Mən deməzdim. O özü-özünə bunu deyirsə, yanılır. Mən deyə bilərəm ki, bəli, ən qapalı geyinən müğənnilərdən biri elə mən özüməm. Hərə 5-10 nəfəri maliyyələşdirir, onlarda gəlir əl çalır, telefona çəkir. Adını da qoyurlar fanat ordumuz var. Şəbnəm yaxşı qızdır amma xarakterinə görə heç kəsə yapışmır bu camiədə.
 
Sadəcə bəzi yaltaqlar var, onun yanındadır. Mən həmişə demişəm, Şəbnəm yaxşı qızdır, amma qorxaqdır, heç vaxt sözünü deyə bilmir. Heç kimin cavabını verə bilmirdi qalmaqallarda da. O efir üzü görməyəndə, mən onu tanımışam. Bədənşəkilləndirmə edəndən sonra Şəbnəm moda mindi. Çünki indi belələrinin ardınca axın var".
 
Xatırladaq ki, Şəbnəm Tovuzlu qatıldığı "Öz aramızda" verilişində "Müğənnilər mənə baxsın, örnək götürsün. İstər geyimdə, istər xasiyyətdə, istərsə də tərbiyyədə" sözlərini demişdi.
Aysel

OXŞAR XƏBƏRLƏR