02:07 Bazar Günü, 18 Noyabr 2018
Maqazin

Təranə Səmədova apellyasiya şikayəti verdi

00:23, 07.11.20185012
Təranə Səmədova apellyasiya şikayəti verdi
İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, T.Səmədovanın vəkili ilkin şikayətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

T.Səmədova barəsində bəraət qərarının çıxarılmasını istəyir. 

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
XƏBƏR LENTİ