Tərtərdə əl qumbarası partladı: ölən və yaralananlar var

Tərtərdə əl qumbarası partladı: ölən və yaralananlar var
SOSİAL
17:59 29.08.2019
4981
 

Tərtər rayonunda döyüş sursatı partlayıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

Faktla bağlı araşdırma aparılır. 

 
OXŞAR XƏBƏRLƏR