Tərtərdə könüllülər ilə əsgərlərin görüşü keçirildi

Tərtərdə könüllülər ilə əsgərlərin görüşü keçirildi
SOSİAL
17:33 15.03.2017
1084
Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən N saylı hərbi hissədə Novruz bayramının İlaxır çərşənbəsini birgə keçirmişdir. Tədbirdə  rayonun hüquq-mühafizə orqanları, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idman idarəsinin nümayəndələri ərazidə yerləşən məktəblərin  kollektivi,   şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri də qatılmışlar.

İlk olaraq  tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, daha sonra dövlət himni səslənmişdir. Tədbiri  rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmışdır. Qonaqları, əsgər,  zabit heyətini islam oyunlarının icra komitəsinin əməkdaş və könüllü heyətini salamlamış, onları xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik etmiş, tezliklə milli  bayramları  işğaldan azad edilmiş torpaqlarımızda keçirməyi arzu etmişdir. Rayon rəhbəri, respublika prezidenti, cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq, öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. Hər bir dövlətin silahı onun ordusudur və biz bu gün Ali baş komandanın yolu ilə gedirik.

Biz bu gün düşmənlə 48 km məsafədə yerləşən cəbhə bölgəsində hərbi xidmətdə olmağın məsuliyyətini dərk edirik. Qururla deməliyik ki, respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır.

Daha sonra hərbi hissənin nümayəndəsi, polkovnik leytenant Fəqan Əliyev söz aldı: "Tərtər rayonu cəbhə bölgəsidir. Biz hər gün torpağımızı qarış-qarış qorumağı öyrənirik. Bizim torpaqlar bizimdir. Mən rayonumuzun bütün sakinləri, hərbi hissəmiz adından Azərbaycanın Birinci Vitse Prezidenti, 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri, Mehriban xanım Əliyevaya, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərova və bizim görüşümüzə gələn əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.”

Daha sonra İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülər üzrə  baş meneceri Əfsun Qurbanov da çıxış edərək, hərbçiləri bayram münasibəti ilə təbrik etdi.

Bu hərbi hissədə xidmət edən əsgərlər də bayram sevinclərini bölüşdülər.  Əsgər Novruz Misirlinin söylədikləri: "Mən Cəbrayıl rayonunun sakiniyəm, hal hazırda Tərtər rayonunda hərbi xidmətdəyəm. Vətənə olan borcumu ödəyirəm. Düşünürəm ki, hər bir gənc vətənini sevməli, onun keşiyində dayanmalıdır. Bizim hərbi hissədə hər cür şərait var. Yemək-içməyimizdən, təmizlikdən çox razıyıq. İdmanla məşğul olmaq döyüş əzmimizi daha da artırır. Yeri gəlmişkən 5 ildir ki, karate ilə məşğul oluram və sevinirəm ki, hərbi xidmətdə də bu idman növü ilə məşğul olmaq imkanım var. May ayında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yarışacaq bütün idmançılara  da uğurlar arzu edirəm. Arzum budur ki, tezliklə belə idman yarışları məhz elə Qarabağımızda keçirilsin”.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən fərqlənən hərbçilərə fəxri fərmanlar, qiymətli hədiyyələr, bayram sovqatları təqdim edildi.

Tədbirdən sonra hamı əsgərlərlə birlikdə bayram süfrəsi ətrafına yığışaraq, İlaxır çərşənbəsini qeyd etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
16:14 13.03.2026
Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
16:09 13.03.2026
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
16:05 13.03.2026
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
15:59 13.03.2026
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı