04:02 Cümə Axşamı, 20 Sentyabr 2018
SOSİAL

Təxribatçıların Gəncə planı puç oldu: Aksiyaya 1 nəfər də gəlmədi - VİDEO

18:02, 10.07.20189651
Təxribatçıların Gəncə planı puç oldu: Aksiyaya 1 nəfər də gəlmədi - VİDEO
Sosial şəbəkələrdə 10 iyul tarixində Gəncə şəhərində etiraz aksiyasının keçiriləcəyi ilə bağlı çağırışlar heç bir nəticə verməyib
 
AZXEBER.COM xəbər verir ki, "facebook" və "instagram"da bəzi səhifələrdə 10 iyul tarixində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin ailəsinin Gəncədən çıxarılması tələbi ilə mitinq olacağı yazılıb və sakinlər həmin aksiyaya çağırılıb. Eyni zamanda bəzi radikal səhifələr Gəncəyə qoşun yeridildiyini də bildiriblər. 
 
Gəncədə olan jurnalist Mahir Məmmədli gün ərzində icra hakimiyyətinin önündə olub və şahidi olduğu hadisə haqda yazıb: "Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı meydandayam. Gördüyünüz kimi, heç bir nəfər də polis əməkdaşı yoxdur. Şəhərdə vəziyyət sabitdir, sakitlik hökm sürür"
 
Jurnalist hadisə yerindən çəkdiyi videodan da bəlli olur ki, heç kim mitinq çağırışına qoşulmayıb, hətta şəhər polisi də həmin ərazidə yerləşməyib.
 
Həmin görüntüləri təqdim edirik:

XƏBƏR LENTİ