Teymur Rəcəbov finalda erməni rəqibinə qalib gəldi

Teymur Rəcəbov finalda erməni rəqibinə qalib gəldi
İDMAN
21:52 02.01.2021
2033
Onlayn formatda blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.

AZXEBER.COM xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. İlk üç qarşılaşma heç-heçə ilə bitib. Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.
OXŞAR XƏBƏRLƏR