Avstraliyada “Cheetah S200” yüngül təyyarəsi karuselə çırpılıb və onun üzərində qalıb. Məlumatı “Sydney Morning Herald” nəşri yayıb.Hadisə Sidneyin şimalındakı Tari şəhərində (Yeni Cənubi Uels ştatı) baş verib. Təyyarə eniş edərkən pilot yanlış manevrə yol verib. Təyyarənin pilotu və sərnişin xəsarət almayıb. Həmin vaxt karuseldə olan uşaqlardan da xəsarət alan olmayıb. Amma onlar karuseldə bir saatdan çox qalıblar və xilasediciləri gözləyiblər.