Atlanta-Barselona reysini həyata keçirən Delta Hava Yollarına məxsus 194 saylı təyyarənin pilotu bioloji təhlükə xəbəri verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ mətbuatında xəbər yayılıb.
Bunun üzərinə təyyarə havaya qalxdıqdan 2 saat sonra Atlanta hava limanına qayıdıb. Hadisəyə bir sərnişinin ishalının səbəb olduğu öyrənilib.
Sosial media platforması X-də yayımlanan hava trafikinə nəzarətə aid olduğu iddia edilən səs yazısında "Hazırda təyyarədə ishal olan bir sərnişin var, ona görə də Atlantaya qayıtmaq istəyirlər" deyilir.
Delta Hava Yolları İnsider saytına təyyarədə "tibbi vəziyyətin" olduğunu təsdiqləyib və bu səbəbdən də təyyarə Atlantaya qayıdıb.
Sözügedən reys təyyarə təmizləndikdən sonra 1 gün gecikib.
Mikayıl