Tibb elmləri doktoru koronavirusdan vəfat etdi - FOTO

Tibb elmləri doktoru koronavirusdan vəfat etdi - FOTO
SOSİAL
16:36 15.04.2021
608
Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev koronavirus infeksiyasından (COVID-19) vəfat edib.

Mehman Ağayev səkkiz il Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib. 

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının "Əməkdar Həkimi” fəxri adına layiq görülüb. 

Azərbaycan Tibb Universiteti M.Ağayevin vəfat etməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiqləyib.
 

 


OXŞAR XƏBƏRLƏR