Tibb Universitetindən 120-dək tələbə qovulub

Tibb Universitetindən 120-dək tələbə qovulub
MARAQLI
14:00 07.12.2010
2314

Millət vəkili, ATU-nun rektoru Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, universitetdən qovulan tələbələrin yarısı xarici ölkələrdən olan, yarısı isə azərbaycanlı tələbələrdir. Həmin tələbələrin universitetdən xaric olunmasının səbəbinə gəlincə, rektor bunu tələbələrin dərsə davamiyyətinin aşağı olması və semestr imtahandakı kəsirlərlə əlaqələndirib.

Əhliman Əmiraslanov onu da deyib ki, bu il ATU-da təhsil alan tələbələrin sayı artıb. Onun sözlərinə görə, ATU-da həkimlik peşəsinə yiyələnən xarici tələbələr arasında, Türkiyə və Hindistan vətəndaşları üstünlük təşkil edir.

OXŞAR XƏBƏRLƏR