Tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanıldı

Tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
11:18 15.10.2025
111
Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub. 

AZXEBER.COM xəbər verir ki, keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.

Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR