"TikTok" çətin vəziyyətdədir: 4 milyon mahnı platformadan silinəcək

"TikTok" çətin vəziyyətdədir: 4 milyon mahnı platformadan silinəcək
DÜNYA
12:55 29.02.2024
99
"TikTok”un Universal Music Group (UMG) ilə müəllif hüquqları ilə bağlı hələ razılığa gəlməməsi səbəbindən platformadakı populyar mahnıların 30 faizinin, yəni təxminən 4 milyon mahnının silinəcəyi bildirilir.

AZXEBER.COM xəbər verir ki, dünyanın aparıcı musiqi şirkətlərindən biri olan Universal Music Group (UMG) məşhur sosial media platforması "TikTok” ilə gərgin danışıqlar prosesinə girib.

UMG "TikTok”un digər sosial media tətbiqləri tərəfindən ödənilən ödənişdən aşağı məbləğ ödəmək istədiyini iddia edib.

Digər tərəfdən, "TikTok” bu yaxınlarda UMG-ni "yalan bəyanat" verməkdə ittiham edərək yeni razılaşmanın əldə oluna bilməyəcəyini açıqlamışdı.

Bu qərar nəticəsində UMG-yə məxsus kliplərin səsi kəsiləcək və bu treklərlə yeni kliplər yaradıla bilməyəcək.

"TikTok” Universal Music Group (UMG) ilə müəllif hüquqları ilə bağlı davam edən mübahisənin bir hissəsi olaraq platformasından daha çox musiqini silməyə başladığını açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR