“TikTok” “Instagram”a rəqib olacaq

MARAQLI
12:13 21.06.2024
224
"TikTok” yeni sosial media tətbiqi "Whee"-ni təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, keçən aylarda üfüqi videoları təşviq etməyə başlayan və 30 dəqiqəlik videolarla "YouTube” ilə rəqabət aparan "TikTok” indi də "Instagram” ilə rəqabət aparır.

"TikTok" tətbiqinin kodlarında "TikTok Photos" adlı platforma tapılıb. Bu, yeni foto tətbiqinin yolda olduğunu göstərib.

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "TikTok” "Whee” adlı yeni mobil tətbiqini təqdim edib.

Türkiyədə də mövcud olan "Whee” istifadəçilərə yalnız fotoşəkilləri paylaşmağa imkan verir.

Ayşən

OXŞAR XƏBƏRLƏR