“”TikTok”da həyata keçirilən qeyri-qanuni davranışlar…” - Deputat

“”TikTok”da həyata keçirilən qeyri-qanuni davranışlar…” - Deputat
SOSİAL
15:44 04.02.2026
272
Son vaxtlar "TikTok”da yardım aksiyaları ilə tanınan bəzi şəxslər cəmiyyətin diqqətini cəlb edir. 

İnsanlara maddi və mənəvi dəstək göstərən bu istifadəçilər sosial şəbəkələrdə sürətlə məşhurlaşır. Onların arasında "Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov xüsusilə önə çıxır. Bir çoxları onu artıq "xeyixah” kimi təqdim edir və fəaliyyəti geniş müzakirə olunur. 

"Velizar” saxlanıldıqdan sonra isə sosial şəbəkələrdə onun azadlığa buraxılması ilə bağlı çağırışlar artıb, tərəfdarları onu açıq şəkildə təbliğ edirlər. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AZXEBER.COM-a bildirib ki, qanunvericilikdə həmin şəxslərlə bağlı müəyyən maddələr var: 

"Bu şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan müvafiq maddələr əsasında tədbirlər görülür. Azərbaycanda hüquq-mühafizə orqanları bu məsələyə çox həssas yanaşır. Hansısa formada belə bir tendensiyanın genişlənməsinə imkan verilməyəcək. 

"TikTok” üzərindən həyata keçirilən qeyri-qanuni davranışlara görə şəxslər məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanlarının bu istiqamətdəki fəaliyyətini təqdirəlayiq hesab edirik”. 

Qeyd edək ki, Salman Məmmədova İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR